Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının əsas simalarından biri olan “Akula Akif” ləqəbli Akif Mustafayev barəsində Gununsesi.info-ya maraqlı məlumat daxil olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, cəmiyyətdə “Akula Akif” ayaması ilə məşhurlaşan Akif Mustafayevin MTN-də başqa bir adı da varmış. MTN rəhbərliyi onların qulluğunda duran, iş adamları barədə məlumatları nazirliyə sızdıran Akif Mustafayevə öz aralarında “Kilkə Akif” deyirmiş. “Kilkə” sonradan MTN-də Akif Mustafayevin kod adına çevrilib.
Bununla yanaşı Eldar Mahmudovla “Kilkə Akif”in ailəvi münasibətləri də olub. Məhz bu münasibətlərin hesabına Akif Mustafayevin həyat yoldaşı Xədicə Mustafayeva MTN-nin Tibb Xidmətində işə qəbul edilib 6-7 ilin içərisində polkovnik rütbəsi alıb.
Məlumatda o da qeyd olunur ki, Eldar Mahmudovun “vurulmasından” sonra sonra Xədicə Mustafayevə orqandan xaric edilib.
Elmar