Eldar Mahmudov məhkəmə sədri ilə yürüşdə- NƏBATAT BAĞINDA ŞOK GÖRÜŞ

Eldar Mahmudov məhkəmə sədri ilə yürüşdə

Rəhbərlik etdiyi naziliyi mütəşəkkil cinayət yuvasına çevirdiyinə görə,  sabiq MTN şefi Eldar Mahmudovun həbsi barədə xəbərlər ciddiləşsə də sonradan öz təsdiqini tapmadı.

Qeyd edək ki, “MTN İşi” ilə bağlı keçirilən məhkəmə prosesində generalların Eldar Mahmudov əleyhinə ifadə verməsindən sonra onun bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində dindirlməsi bu barədə xəbərləri ciddiləşdimişdi. Ancaq sonradan proses səngidi və Mahmudov hələ də azadlıqdadır.

Onun azadlıqda qalması ilə bağlı cəmiyyətdə isə müxtəlif versiyalar irəli sürülür.

Gununsesi.info-ya sızdırılan bir xəbərdə isə sabiq MTN rəhbərinin hakimiyyət strukturlarında əlaqələrinin hələ də qaldığı barədə bildirilir. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə,  həbs təhlükəsi sovuşan sabiq nazir bəzi köhnə dostları ilə əlaqələrini də bərpa edib.

Belə ki, sabiq MTN şefinin bu günlərdə paytaxtdakı  Nəbatat Bağında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevlə görüşdüyü bildirilir. Adıçəkilən bağda görüşən bu şəxslər təxminən 1 saat müddətində söhbət ediblər.

Onların nə barədə danışdığı isə bəlli deyil.

Gununsesi.info

COMMENTS