“Eldar Mahmudov məsuliyyətə cəlb olunmalıdır” - ZİYAFƏT ƏSGƏROV

  • By admin
  • 28 Dekabr 2016 12:46

ziyafat-1

“Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu birinci vitse-spiker Ziyafət Əsgərov keçmiş MTN şefi Eldar Mahmudovun fəaliyyətinə və onun başçılığı ilə sözügedən nazirlikdə törədilmiş cinayət əməllərinə görə adıçəkilən şəxsin məsuliyyət daşıyıb-daşımadığı ilə bağlı məsələyə münasibətini bildirərkən deyib.

Birinci vitse-spiker deyib ki, E. Mahmudov baş verənlərə görə məsuliiyət daşıyır.

“Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info