“Eldar Mahmudov üçün milyonlar “semiçka” pulu idi” – Tağı Əhmədov – VİDEO

  • By admin
  • 30 Noyabr 2019 14:40

“Eldar Mahmudov etdiyi xəyanətə görə başına bir güllə vuraydı ki, etdiyim xəyanətə görə, mənim yerim deyil bura”.

Bu fikirləri keçmiş meto rəisi Tağı Əhmədov keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun törətdiyi cinayətlərlə bağlı açıqlamasında qeyd edib. Gununsesi.org “Baku post”a verilən həmin açıqlamalardan bəzi başlıqları sizə təqdim edir:

“İçimizdə Eldarlar da olacaq, bundan sonar da bəziləri ola biləcək. Çovdarovu mən ömrümdə görməmişdim, baxmayaraq ki, mən 16 il metropoliten rəisi olmuşdum. Mənə sifariş göndərəndə mən dediim ki, heç bir vaxt, heç kəsə rüşvət vermək niyyətində deyiləm. Maşın alsın, demişdi. Əlbəttə, mənim üçün maşın almaq elə bir böyük şey deyildi. Və sonradan 3 milyon tələb edilərkən, mən açıq sürətdə etiraf etdim. Məhkəmədə də dedim, sübut etdim. Bu Çovdarovun işi deyildi, Eldar Mahmudovun göstərişi ilə olan iş idi. Eldar Mahmudov o qədər azğınlaşmışdı ki, gözü yeri görmürdü. Mahmudov 20-30-50 milyonları almışdı.

“Mənə də bir-iki dəfə deyib, gedək, yeyək-içək. Eldar Mahmudov mənim oğluma böhtan atmaq istəyirdi. Oğlumun ürəyində “stend var”, demişdilər. Ona görə də, 3 milyonu Eldar Mahmudova qurban olaraq vermişdim. Eldar Mahmudov öz quraşdırdığı məsələsində Hacı Məmmədovu yağ içində böyrək kimi saxlayırdı.”

 

 

Gununsesi.org