Eldar Mahmudovun “əsgəri” vəkildən nə istəyir?

  • By admin
  • 30 İyul 2016 17:19

Behruz

 

“Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbəsinin keçmiş rəisi, hazırda Lənkəran Dövlət Universitetinin prorektoru vəzifəsində çalışan Bahadur Cəfər oğlu Qocayev vətəndaşlara hədə-qorxu gələrək onların xüsusi mülkiyyətini ələ keçirmək istəyir”. Gununsesi.info-nun xəbərinə görə, bu barədə hələ bir müddət əvvəl zərərçəkmiş Fazil Famil oğlu Alıyev saytımıza yolladığı şikayətində yazmışdı. 

Bu şikayətin ictimailəşməsindən sonra Eldar Mahmudovun məşhur “əsgəri”  prosesdə iştirak edən vəkil Bəhruz Bayramova qarşı bir sıra iddialar səsləndirib.

Gununsesi.info olaraq, bir daha bəyan edirik ki, “Bahadur Qocayev köhnə MTN-çilərin yolu ilə gedir” başlıqlı yazıda əks olunanların vəkil Bəhruz Bayramova hər hansı aidiyyatı yoxdur. Yazıda qeyd edilənlər zərərçəkən məxsus fikirlərdir.

Gununsesi.info