Eldar Mahmudovun cəzasız qalması onu yenidən qanunsuzluqlara vadar edir - Vilayət Eyvazov sabiq MTN şefinə "ağsaqqal" deyən işçisini cəzalandıracaqmı?

  • By admin
  • 28 İyul 2021 15:20

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun ötən həftə bir qrup adamı başqa vətəndaşa məxsus obyektə basqına yollaması və orada baş verənlər mediada böyük rezonansa səbəb oldu.

Qeyd edək ki, Mahmudovun nazir olduğu dönəmdə hədə-qorxu yolu ilə oğlunun əlinə keçirdiyi obyekt başqa vətəndaşa məxsus olub. “MTN cinayətləri”nin ifşasından sonra obyektin əsl sahibi Elsəvər Talıbov məhkəmə qərarı ilə öz mülkünü geri qaytara bilib.

HTML tutorial

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, həmin obyekt “Sahil-D” Company MMC-nin inşa etdiyi binada yerləşir. Şirkətin icraçı direktoru Adil Hüseynov Gununsesi.info-ya müsahibəsində məlum olayla bağlı detallı danışıb.

Həmin söhbəti təqdim edirik: