Eldar Mahmudovun Londondakı yüz milyonlarla ölçülən sərvəti istintaq araşdırması oldu - SABİQ MTN ŞEFİNİN VƏKİLİ OĞURLUQ PULLARIN XIX ƏSRDƏ YAŞAYAN ULU BABASINDAN QALDIĞINI İDDİA EDİR (VİDEO)

  • By admin
  • 31 May 2020 17:04
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət yolu ilə əldə edib, Böyük Britaniyaya daşıdığı pullar bu ölkənin hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Sabiq nazirin oğlu Anar Mahmudov və qızı Nərgiz Mahmudovanın adına alınan əmlaklar barəsində istintaq araşdırmaları başa çatıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu ”The Guardian” qəzeti material dərc edib.
Qəzet Eldar Mahmudovun oğlu Anar və qızı Nərgizin dəbdəbəli London həyatından yazır.
”The Guardian” 31 may tarixli sayında qeyd edir ki, keçmiş bir təhlükəsizlik rəhbərinin övladları bir müddət əvvəl Böyük Britaniyada – Harrods yaxınlığında 17 milyon funt sterlinqlik bir ev, o cümlədən, bir sıra lüks mülkləri alıblar. Cayman Milli Bankı (Man Isle of Man) Ltd (CNBIOM) tərəfindən 2019-cu ilin noyabr ayında hack edilmiş və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərində qeyd olunur ki, Mahmudovun ailəsi Böyük Britaniyada təxminən 100 milyon avroya yaxın bir iş və əmlak imperatorluğu qurub.
Aktivlərinin demək olar ki, hamısı Mahmudovun 36 yaşlı oğlu Anar və qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlərə məxsusdur.
Sənədlərdən aydın olur ki, 2016-cı ilin iyun ayında CNBIOM-da bir menecer Mahmudova məxsus olan Britannia Group Ltd ilə əlaqəli “bağlı qurumlar” şəbəkəsi haqqında daxili bir sənəd hazırlayıb. Menecer “Əməliyyatlara belə baxmadan hesablara diqqət yerirəndə, ciddi narahatlıq yaradır” , – deyib.
Qeyd edilir ki, bundan bir ay sonra bank Maliyyə Kəşfiyyat Birliyinə ofşor adası ərazisində Cinayət Aktı 2008-dən əldə edilən gəlirlərə görə açıqlama verdi.
The Guardian davam edərək yazır: 2014-cü ilin oktyabrından 2015-ci ilin iyulunadək Kayman adalarında yerləşən bankda Anar Mahmudova məxsus Britannia Group Ltd-nin hesablarına təxminən 14 milyon funt sterlinq dəyərində əmanət qoyulub.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin və Maliyyə Aşkarlanmış və Şəffaflıq İnternational Layihəsinin müxbirləri tərəfindən sızan məlumatlarda və ortaq araşdırmada göstərilir ki, “bağlı qurumlardan” istifadə edən bacı-qardaşın əldə etdikləri əmlaklar arasında Pooledəki iki ofis bloku var. Onlar təxminən 13.5 milyon funt sterlinq dəyərindədir.
Araşdırmada həmçinin Anar Mahmudovun Pont küçəsində, Knightsbridge-də 17.35 milyon funt sterlinqə satılan dördmərtəbəli əmlakla əlaqəsi də aşkar edilib.
Yazıda Anar Mahmudovun qayınanası – Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyevanın Harrodsda 16 milyon funt sterlinqdən çox pul xərclədiyi vurğulanıb.
CNBIOM Mahmudovla əlaqəli hesabları hazırlayıb başa çatdırıb. “İndi tam şəffaflığın olması vacibdir və bu investisiyaların əldə edildiyi mənbələr araşdırılır” , – bunu Transparency International beynəlxalq siyasət idarəsinin direktoru Duncan Hame söyləyib.
Anar və Nərgiz Mahmudovları müdafiə edən vəkillər araşdırma aparan dairələrə sərvətin necə əldə edildiyini açıqlamayıblar. Onlar hətta deməyiblər ki, məsələn, ailə sərvəti XIX əsrdə bəxti gətirən bir əcdad Aslan Aşurovdan qalıb. Vəkillər iddia edirlər ki, əmlakların hamısını lazımi qaydada qeydiyyata alıblar və onlar Anar Mahmudovu öz işində uğurlu bir iş adamı olduğunu söyləyiblər.
The Guardiana sızan sənədlərin arasında Anarın var-dövlətini Bakıda neft və tikinti firmasına sahib bibisi Elmira Mahmudovanın köməyi ilə əldə etdiyi yazılan bir məktub da var.
İstintaq onu da müəyyən edib ki, Mahmudovlar Majorca, Lüksemburq və Litvada mülklərə, şirkətlərə sahibdirlər.
CNBIOM qəzetə verdiyi şərhdə “çirkli pulların yuyulmasına dair məsuliyyətlərin hər zaman diqqətdə olduğu, şübhəli əməliyyatlar və ya cinayət və ya tənzimləmə araşdırmaları ilə əlaqədar səlahiyyətlilərlə hər zaman tam əməkdaşlıq edildiyi” vurğulanır.
The Guardian suallarla bağlı Mahmudovların vəkilinə müraciət etsə də, onlardan münasibət öyrənmək mümkün olmayıb.

Pərviz Həşimli