
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə 1 nəfər barəsində axtarış elan olunub.
Gununsesi.info-nun xəbərinə görə, həmin şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2 və 179.3.2-ci (məniməsəmə və israfetmə) maddəsi ilə ittiham elan olunan Ayaz Kərimovdur.
Belə ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqdan yayındığı üçün Ayaz Kərimov barəsində axtarış elan olunub.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, axtarışda olduğu üçün Ayaz Kərimovun işi bu cinayət işindən ayrılıb və ayrıca icraatda ibtidi istintaq hərəkətləri davam etdirilir. Bakıdakı biznes çevrələrindəki mənbələr bildirir ki, Ayaz Kərimov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun biznes şəriki olub. “Stellford LTD” şirkətindəki fəaliyyətinə son verəndən sonra Azərbaycanda “Caspian Telekommunications” adlı şirkət yaradıb və İKT biznesinə girib. Linkedin.com saytında A.Kərimov həmin şirkətin icraçı direktoru və partnyoru kimi göstərilir. A.Kərimovun E.Mahmudovun özü ilə də yaxın əlaqələrə malik olduğu, onun bir çox biznes layihələrini idarə etdiyi bildirilir.
“Caspian Telekommunications LTD” şirkətinin fəaliyyəti barədə açıq mənbələrdə çox məhdud informasiya var. Belə informasiyalardan birində deyilir ki, (AzerTAC) 2015-ci ildə Bakıda keçirilən İKT sərgisi zamanı Belarusun “Beltelekom” şirkəti və “Cartburg Networks Corp.” şirkəti (Azərbaycanın “Caspian Telecommunication LTD.” şirkətinin törəmə quruu) arasında beynəlxalq elektrik rabitəsi (elektrorabitə) xidmətlərinin göstərilməsi haqqında saziş imzalanıb. İmzalanma mərasimi Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun Azərbaycana rəsmi səfəri zamanı keçirilib. Mərasimdə o vaxtkı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da iştirak edib.
Gülnaz Qənbərli
Gununsesi.info