Eldar Mahmudovun qızı Arif Qaraşovla məhkəmə çəkişməsində

  • By admin
  • 18 May 2020 18:38
Keçmiş MTN rəhbəri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova Yasamal Rayon Məhkəməsinin qərarından narazı qaldığından apellyasiya şikayəti verib.
Gununsesi.org Yeni Sabah-a istinadla xəbər verir ki, ilk olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov “Caspian Service” MMC, Mahmudova Nərgiz Eldar qızı və ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsindən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin.
Bu ilin yanvar ayında Yasamal Rayon Məhkəməsi iddiaçının iddiasını təmin edib. May ayının 19-da Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Nərgiz Mahmudovanın məhkəmə prosesi keçiriləcək.

Gununsesi.org