Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin olunub.

Gununsesi.info-nun məlumatına görə, bu vəzifəyə Ülvi Mansurov təyinat alıb. O, bu təyinatadək “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ü.Mansurov Xalq artisti Eldar Mansurovun oğludur.

 

Gununsesi.info