Eldar Nuriyev Prezident Administrasiyasında şöbə müdiri vəzifəsindən çıxarıldı

  • By admin
  • 29 Noyabr 2019 17:32

Ölkə başçısı İlham Əliyev Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.org-un məlumatına görə, sərəncamla Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Gununsesi.org