
Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların sayı 4 minə yaxındır.
Gununsesi.info AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, bunun əsas səbəbi Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyi, adi insani dəyərlərə əhəmiyyət verməməsi, itkin düşmüşlərlə bağlı faktların uzun müddət gizlədilməsidir. Ermənistan bu məsələdə destruktiv mövqeyini davam etdirir. Təəssüf ki, bizim əməkdaşlıq səylərimizə cavab verilmir.
“Bizdə əsir və girovluqdan azad olunmuş şəxslərin elə tükürpərdici ifadələri var ki, adam dəhşətə gəlir”, – deyə E.Səmədov əlavə edib.