Eldar Sabiroğlu müxalifət üzvlərinin sərbəst buraxılmasından danışdı: Barışığa doğru…

  • By admin
  • 08 Dekabr 2020 10:44

“Ölkə prezidenti İlham Əliyevin Zəfər qələbəmizdən dərhal sonra siyasi barışığa doğru addım atmasını təqdirəlayiq hadisə kimi yüksək dəyərləndirirəm. Dövlət başçımızın bu humanist qərarı cəmiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanmış və Qarabağın müdafəsi üçün keçirilən yürüşdə iştirak edən son 15 nəfər müxalifət nümayəndəsi də azadlığa buraxıldı. Beləliklə, həbsxanalarda siyasi məhbus adında bir nəfər Qarabağ məhbusu belə qalmadı”.

Gununsesi.org xəbər verir ki, bu sözləri keçmiş millət vəkili və ehtiyatda olan polkovnik Eldar Sabiroğlu söyləyib.

Onun sözlərinə görə, İlham Əliyev bu mövqeyi ilə müxtəliffikirliliyin tərəfdarı, siyasi proseslər zəminində aparılan danışıq və müzakirələrin sərt və kəskin yanaşmalardan məsafəcə uzaqda dayanan səmimi dialoqlar və dəyimi masalar vasitəsi ilə ön sıraya keçməsində maraqlı olduğunu aşkar şəkildə ortaya qoydu.

“Görək, müxalif düşüncə tərzinə sahiblik edən dostların mövqeyi necə olacaq!? Şərtlər və suallarla dolu olan siyasi baxış və münasibətlər yenəmi işin yarısına çatmadan tənəzzülə uğradılacaq!?”, – deyə Sabiroğlu bildirib.

Keçmiş millət vəkili bu qənaətlərini tərəflərdən biri üçün dilə gətirmədiyini də, sözlərinə əlavə edib.

Gununsesi.org