Eldar Sabiroğlu:”20 il xidmət etdiyim iqtidar oğlumu müttəhim kürsüsünə çıxardı”

  • By admin
  • 11 Avqust 2016 09:26

eldars

“Gizli bir şey yoxdur. Müxalifətdən də nümayəndələr gəlmişdi. Hətta “Azadlıq” qazetinin müxbiri də orada iştirak edirdi. Onları kimsə dəvət etməmişdi. Özləri təşrif buyurmuşdular. Ola bilsin bəziləri məni və oğlumu müxalifətçilikdə günahlandırsınlıar. Ancaq səhv etmiş olarlar”.  Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri məhşur “üsyançı müstəntiq” Rüfət Səfərovun atası, sabiq YAP-çı deputat Eldar Sabiroğlu oğlunun son məhkəmə prosesi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, vəziyyətin niyə bu cür şəkil aldığı dərindən təhlil edilsə, o zaman mənim və övladımın günahsız olduğunu yəqin edə bilərlər: ” Bu, vicdanın işidir. Təzadlı bir məsələ də odur ki, həyatımın 20 ilini bu iqtidarin müdafiəsinə həsr edərək müxalifəti o ki var tənqid atəşinə tutmuşam. İndi onlar oğlum Rüfətin müdafiəsi üçün səylər göstərir, iqtidar isə onu müttəhimlər kürsüsundə əyləşdirir. Etmədiyi, baş vurmadığı işlərə görə onu mühakimə edirlər. Hər şeyin saxta və qurama olduğu göz önündədir”.

Türkel