Elektrik avtomobillərin satışı 57 faiz artıb

  • By admin
  • 29 Yanvar 2018 14:18

Dünyada artıq elektrik və hibridlə işləyən avtomobillərə maraq sürətlə artır.

Gununsesi.info xəbər verir ki, bu sektorda iki ildir ki, liderliyi Çin tutur. 2017-ci ildə elektromobilə olan tələbat ondan əvvəlki ilə nisbətən 72 faiz və ya 602 min ədəd artıb.

Avropa Birliyində elektrik avtomobillərin satışı 38 faiz və ya 307 min ədəd, ABŞ-da 27 faiz və ya 200 min ədəd artıb.

Ötən il sözügedən bazarda ən yüksək artım tempi İslandiyaya məxsusdur – 248 faiz. Sloveniyada 166 faiz, Yaponiyada 149 faiz, Portuqaliyada 126 faiz təşkil edib. Təkcə dekabr ayında dünya bazarında 170 min ədəd elektrik və hibrid avtomobili satılıb.

Əgər proqnozlar özünü doğruldarsa, 2018-ci ildə bazarda 1.9 milyon elektormobil istifadədə olacaq.

Vüsalə

Gununsesi.info