Elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxs tutulub

  • By admin
  • 20 İyun 2017 15:27

qandal-qolda

820 m elektrik kabelini oğurlamaqda şübhəli bilinən Lənkəran rayonunun Göyşaban kənd sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqtlar İdarəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 820 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Göyşaban kənd sakini Ramiz Fərzullazadə tutulub.

Anar

Gununsesi.info