Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri məlum olub

  • By admin
  • 15 Noyabr 2017 13:50

Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri məlum olub. 

Gununsesi.info-nun məlumatına görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə 15-2. (Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri ) yeni bənd əlavə edilir. Belə ki, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir.

15-2.2-ci maddəyə əsasən elektron nəzarət vasitəklərinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15-2.3-cü maddədə qeyd edilir ki,  elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifə yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.

15-2.4-ci maddəyə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılnması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

15-2.5. Elketron nəzarət vasitəsi tətbiq edilmiş şxəs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur.

Gununsesi.info