Elektron siqaret çəkən körpə uşağın görüntüləri etiraz doğurdu

  • By admin
  • 18 Mart 2024 09:22

Kiçik uşağa elektron siqaret verilməsi və çəkilən görüntülər böyük reaksiyaya səbəb olub.

Gununsesi.info xəbər verir ki, Instagram, Facebook, X və TikTok sosial media platformalarında paylaşılan video böyük əks-səda doğurub.

Harada çəkildiyi bəlli olmayan videoda avtomobilin arxa oturacağında oturan azyaşlı uşağa elektron siqaret verilir. Elektron siqareti əmzik kimi əlində tutan uşaq daha sonra siqaret çəkir.

Görüntülər sosial mediada hiddət doğursa da, bir çox sosial media istifadəçisi valideynlərə reaksiya verib. Bir çox istifadəçi “Bu, uşaq istismarıdır” desə də, başqa bir istifadəçi “Valideynlər həbs edilməlidir” deyib. Sosial şəbəkə istifadəçiləri müvafiq qurumları hərəkətə keçirməyə çağırıb.

Görüntülərdə uşaq bezi taxan uşağın elektron siqaretdən iki dəfə nəfəs aldıqdan sonra öskürdüyü görünür. Daha sonra videonu çəkən şəxsə baxan uşağın yanındakı başqa bir uşaq “Məni tüstüdən boğursan” deyib.

 

Gununsesi.info