Elektron siqaretin zərərləri

  • By admin
  • 30 Yanvar 2018 22:40

Ən son aparılan araşdırmalar elektron siqaretin fəsadlarını üzə çıxarıb.

Gununsesi.info “Daily Telegraph” qəzetinə istinadən yazır ki, elektron siqaretlər ürək-damar xəstəliklərinə və infarkt riskinə yol açır.

Məlumata görə, bu və digər zərərli maddələrdən istifadə ediləcəyi halda 10 il sonra əksər insanlarda ürək xəstəliyinin əlamətləri müşahidə olunacaq.

Həkimlər elektron siqaretin normal siqaretdən daha az zərərli olduğunu bildirsələr də, insanları o qədər də arxayın olmamağa çağırıblar.

Gununsesi.info