İyul 18 –də yayımı dayandırılan ANS kanalının işçiləri hələ də şirkətin açılacağına ümid edirlər.
Bu barədə kanalın aparıcısı Elgiz Əkbər Gununsesi.info-ya açıqlama verərək məhkəmənin qərarını gözlədiklərini bildirib:
“Əslində, təəssüflənirəm. Hamı ANS-in tamamilə bağlandığını düşünür. Belə bir məlumat heç yerdə yoxdur. ANS hələ bağlanmayıb.
Əgər deyilsə ki, “lisenziya tamamilə alınır və heç vaxt açılmayacaq” onda razılaşa bilərəm. Lakin o qərardan sonra hansısa qərar verə bilərsən. Məhkəmə olacaq, onun qərarını gözləyirik. Yaxşı istirahət etmişik, yeni mövsümə hazırıq. Bütün işçilər çalışıblar. Ümidlərimiz böyükdür”.
Gununsesi.info