“NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Gununsesi.info bildirir ki, bu barədə APA-ya vəkil Fariz Namazlı məlumat verib.
F. Namazlı bildirib ki, vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb.
O, ittihamları qəbul etmir.
Gununsesi.info