Əli bəy Hüseynzadə -160: QİRMIZI QARANLIQLAR İÇİNDƏ YAŞIL İŞIQLAR

  • By admin
  • 24 Fevral 2024 12:08

Bu gün XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin anadan olmasının 160-cı ildönümü tamam olur.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin deputatı Etibar Əliyev Əli bəy Hüseynzadənin yazdığı məqaləni sosial şəbəkə hesabında paylaşıb.

Həmin məqaləni təqdim edirik:

“Mək­təb­lər aç­ma­ğa cəhd edi­rik, la­kin nə ki­fa­yət qə­dər pul, nə mil­li proqra­ma mü­va­fiq ki­tab­lar və nə də öz din və di­li­ni yax­şı bi­lən mü­əl­lim­lər tap­mı­rıq. Fə­da­kar və qey­rət­li gən­clər bir ye­rə gə­lib müx­tə­lif ad­lar al­tın­da ic­ti­ma­i təş­ki­lat­lar ya­ra­dır­lar. Ancaq təş­ki­lat­çı­lıq­la­rın qey­ri-mün­tə­zəm və zə­if əla­qə­lə­ri ol­du­ğu üçün çox keç­mə­dən da­ğı­lır­lar. Te­at­rın fay­da­sı­nı an­la­yan mə­də­ni gən­clə­ri­miz in­cə­sə­nət ocaq­la­rı ya­rat­maq üçün ta­ma­şa­lar təş­kil edir­lər. “Hə­miy­yət”, “Bi­rin­ci şir­kət”, “İkin­ci şir­kət” fi­lan mey­da­na gə­ti­ri­lər. La­kin nə tə­si­re­di­ci bir re­per­tu­ar ta­pır­lar, nə də xalq tə­rə­fin­dən ye­tər­li rəğ­bət gö­rür­lər.

Bü­tün iş­lə­ri­miz be­lə­dir. Bu du­ru­mun sə­bə­bi nə­dir? Bur­da bir he­ka­yə­ni xa­tır­la­maq is­tər­dim: hə­lə ib­ti­da­i mək­təb­də oxu­yar­kən mə­nim dərs yol­daş­la­rı­mın için­də iki şa­gird var idi ki, iki­si­nin də rəs­sam­lı­ğa qar­şı föv­qə­la­də is­te­dad və hə­vəs­lə­ri möv­cud idi. Bun­la­rın çək­dik­lə­ri şə­kil­lə­rə di­gər yol­daş­lar hər za­man qib­tə edər­di. Bir gün bu hə­vəs­kar rəs­sam­la­rın bi­ri­ni ata­sı mək­təb­dən çı­xa­rıb özü­nə kö­mək­çi et­mək üçün sa­tı­cı et­di. Di­gər yol­da­şı­mız isə mək­tə­bə da­vam edə­rək bir ne­çə il­dən son­ra təh­si­li­ni ta­mam­la­yıb öz is­te­da­dı is­ti­qa­mə­tin­də rəs­sam­lıq­da in­ki­şaf et­mək üçün Pe­ter­bur­qa get­di. Ora­da İn­cə­sə­nət Aka­de­mi­ya­sı­na da­xil ol­du. Bu mək­təb­də də üç-dörd il təh­sil al­dıq­dan son­ra gö­zəl bir şə­ha­dət­na­mə al­maq­la ki­fa­yət­lən­mə­yə­rək, Alma­ni­ya­nın Drez­den və Mün­xen şə­hər­lə­ri­nə ge­dib bu şə­hər­lər­də­ki di­gər mü­əl­lim­lər­dən dərs al­dı. Ən nə­ha­yət isə, in­cə­sə­nət sa­hə­sin­də da­ha yet­kin ha­la gəl­mək üçün Hol­lan­di­ya, Bel­çi­ka və Pa­ris mu­zey­lə­rin­də gəz­dik­dən son­ra İta­li­ya­nın pay­tax­tı Ro­ma­ya yollandı. O, bu­ra­da da bir-iki il qa­lıb Ra­fa­el­lə­rin, Kor­re­ci­o­la­rın, Mi­ke­lan­ce­lo­la­rın, Le­o­nar­do da Vin­çi­lə­rin, Tis­si­yan­la­rın, Bo­ti­çel­li­lə­rin əsər­lə­ri­ni təd­qiq et­di. Bi­zim rəs­sam yol­da­şı­mız an­caq bu qə­dər zəh­mət­dən son­ra öz və­tə­ni­nə qa­yı­dıb rəs­sam­lı­ğa baş­la­dı. Sa­tı­cı olan yol­da­şım­la bu rəs­sa­mın bir-bi­rin­dən ay­rıl­dıq­la­rı­nın üzə­rin­dən tam iyir­mi il keç­miş­di. Bir gün bi­zim sa­tı­cı­nın yo­lu Mos­kva şə­hə­ri­nə düş­dü, ora­da bir rəsm sər­gi­si açıl­mış­dı. Sa­tı­cı da sər­gi­ni gəz­mə­yə get­di. Bir ne­çə rəsm əsə­ri­nin üzə­rin­də öz köh­nə yol­da­şı­nın im­za­sı­nı gö­rüb ta­nı­dı.

Rəs­mlə­rin al­tın­da isə bir ka­ğız par­ça­sın­da qiy­mət­lə­ri­ni gös­tə­rən bu söz­lər ya­zıl­mış idi: üç min ma­nat, beş min ma­nat, yed­di min ma­nat…

Bi­zim dü­kan­çı xə­ya­la dal­dı. Vax­ti­lə yol­da­şın­dan da­ha çox is­te­dad­lı və qa­bi­liy­yət­li ol­du­ğu bir sə­nə­ti tərk edib sa­tı­cı­lıq­la məş­ğul idi. Dü­kan­çı­lıq­da isə ay­da yüz əl­li, iki yüz ma­nat­dan, yə­ni il­də iki min ma­nat­dan çox pul qa­za­na bil­mir­di. Rəs­sam olan yol­da­şı isə, şüb­hə­siz, il­də qırx-əl­li min ma­nat qa­za­nır­dı. Ata­sı o za­man­lar və­fat et­miş olan bi­zim dü­kan­çı şə­hə­rə qa­yı­dar-qa­yıt­maz dü­ka­nı bağ­la­dı. Rəs­sam­lıq­dan otuz-qırx min ma­nat qa­zan­maq müm­kün ikən dü­ka­nın nə lü­zu­mu var idi. Dü­kan­çı bir ma­ğa­za­ya ge­dib rəs­sam­lı­ğa da­ir bir çox alət­lər və rən­glər alıb ye­ni­dən rəs­sam­lı­ğa baş­la­dı. Bir ne­çə bö­yük rəsm çə­kib sər­gi­yə gön­dər­di… La­kin hey­hat! Bu löv­hə­lə­rə otuz, ya qırx ma­nat­dan çox pul ve­rən müş­tə­ri ta­pıl­ma­dı!.. Çün­ki dü­kan­çı bir mə­qa­mı unut­muş­du. O, bil­mir­di ki, rəs­mlə­rin üç, dörd min ma­na­ta sa­tıl­ma­sı üçün əv­vəl­cə pe­ter­bur­qlar­da, ber­lin­lər­də, drez­den­lər­də, mün­xen­lər­də, ro­ma­lar­da iyir­mi ilə qə­dər ça­lış­maq la­zım­dır…

Dü­kan­çı elə zənn edir­di ki, ya­şıl çə­mən­lə­rin, ağac­la­rın rəs­mi ya­şıl ilə boz rən­gli daş­la­rın, qa­ya­la­rın rəs­mi də ağ və qa­ra­dan iba­rət rən­glər­lə çə­ki­lir…

Be­lə­lik­lə, bi­zim və­ziy­yə­ti­miz də bu dü­kan­çı­nın ha­lı­na ox­şa­yır: Biz in­qi­lab gu­rul­tu­su və dal­ğa­la­rı­nın tə­si­ri ilə oya­nıb gör­dük ki, “Karvan gedib, hələ biz yolun yarısındayıq”.

Biz mü­şa­hi­də et­dik ki, qon­şu­la­rı­mı­zın irə­li get­mə­si­nin sə­bə­bi qə­zet­lər, mət­bə­ə­lər, ki­tab­lar, mək­təb­lər, məd­rə­sə­lər, sə­nət nü­mu­nə­lə­ri, cə­miy­yət­lər, şir­kət­lər, təş­ki­lat­lar, te­at­rlar imiş!.. Biz də tə­lə­sə­rək bun­la­rı yar-ya­rım­çıq dü­zəl­tmə­yə baş­la­dıq. Bil­mi­rik ki, qon­şu­la­rı­mız qırx, əl­li il­dən bə­ri­dir ça­lı­şır­lar. Bil­mi­rik ki, on min ma­nat­lıq rəs­mlər çək­mək üçün Ayva­zov­ski­lər əv­vəl­cə otuz ilə qə­dər əmək sərf et­miş­lər…

Yax­şı ki, mil­lə­ti­miz­də tə­bi­i bir is­te­dad, keç­miş mə­də­niy­yət­lə­ri­miz­dən bi­zə ir­sən ke­çən bir qa­bi­liy­yət var imiş. Yox­sa rəs­mlə­ri­miz, por­tret­lə­ri­miz heç qırx, əl­li ma­na­ta da sa­tıl­ma­ya­caq idi!.. La­kin hər hal­da mü­vəq­qə­ti qə­zet­lər­dən, mək­təb­lər­dən, məs­cid­lər­dən, cə­miy­yət­lər­dən, in­cə­sə­nət mər­kəz­lə­rin­dən iba­rət qırx, əl­li ma­nat­lıq bu ic­ti­ma­i rəs­mlə­ri­miz də “qır­mı­zı qa­ran­lıq­lar için­də ya­şıl işıq­lar­dır…” Əksə­riy­yə­ti, da­i­mi ol­ma­sa­lar da, gün­dən-gü­nə ədəd­lə­ri ço­xa­lır. İşı­ğın bi­ri sön­dük­cə, ye­ri­nə di­gər iki­si ya­nır.”

1906-cı il