
VİP sədri Əli Əliyevin məhkəmə prosesində işlətdiyi bəzi ifadələr jurnalist Xədicə İsmayılın tənqidinə səbəb olub.
BUNA DA BAX:
Gununsesi.info bildirir ki, jurnalistin “Partiya sədrinin məhkəmədəki çıxışları o qədər idbar idi ki…
Digər dustaqların onun çörəyini yediyini dəfələrlə xatırlatdı.
“”Üzdəniraqlar”, “şustryaklar” qara işləri görürdü” kimi ifadələr işlətdi” fikirlərinə məhkəməni izləyən Rüfət Səfərov münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, hüquq müdafiəçisi sosial şəbəkə hesabında yazıb:
“Bəli, həmin kamera yoldaşı aylar ərzində Ə. Əliyevin hesabına qida qəbul edib, yaşayıb. Əxlaqsızlıq edərək kamera yoldaşının üzünə duranda, onu tam əsassız olaraq ittiham edəndə qarşı tərəf bunu deməkdə niyə haqsız olsun ki? Əli Əliyev “Bu adam mənə ağsaqqal kimi baxıb. Mənim hesabıma kamerada yüksək səviyyədə yaşayıb, yeyib-içib, bu gün isə həyasızcasına üzümə durur” dedi.
O, bildirdi ki, mənə kamerada iş gördürmək lazım olsaydı, kamera yoldaşımın başına qatıq bankası niyə çırpırdım ki?
“Bunun üçün “şustryak”lar vardı (maddi nemət müqabilində təmizlik və s. işlərlə məşğul olan dustaq), 5-10 manatımı verib işlərimi gördürərdim. Amma buna ehtiyac yox idi. Üzümə duran bu əxlaqsız daxil olmaqla bütün kamera yoldaşlarım imkan verməyiblər ki, kameranın təmizlik işləri ilə məşğul olum”-deyə özünü haqlı olaraq müdafiə edən Əli Əliyev niyə qınanmalıdır ki?
Afət Abbasova
Gununsesi.info