Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
Gununsesi.info Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasda 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul olunub. Maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin və OMBÇ sənədinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.













