
Bu gün Baş nazir Əli Əsədov Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
Bu barədə Gununsesi.info –ya Nazirlər Kabinetindən xəbər verilib.
Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Məsud Pezeşkiana çatdırıb.
Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.
3-cü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb.
Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.