
Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Gununsesi.info xəbər verir ki, bəyanatda deyilir:
“Haqq Ədalət Partiyası 7 fevral tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərini bütün seçki prosesi ərzində yaxından müşahidə etmiş və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildirmişdir. Partiya Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanı qalib dövlətə çevirən, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini öncədən bildirmişdir.
Gununsesi.info