Əli Kərimli ev dustaqlığına buraxılmadı

  • By admin
  • 10 Dekabr 2025 15:46

Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AXCP lideri  Əli Kərimlinin ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib.

 

Gununsesi.info bildirir ki, bu gün keçirilən məhkəmə iclasında Əli Kərimlinin vəkilləri onun tanınmış şəxs olmasını, heç bir yerə getməyəcəyini  və şəhərin mərkəzində yaşamasını əsas gətirərək,  ev dustaqlığına buraxılmasını məhkəmədən xahiş edib.

 

Ancaq məhkəmə bu vəsatəti rədd edib.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

 

Firuzə

Gununsesi.info