Əli Kərimli ilə bağlı məhkəmə təxirə salındı

  • By Günel
  • 13 Avqust 2024 12:34

Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı irəli sürülən xüsusi ittiham qaydasındakı şikayət üzrə məhkəmə iclası təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, məhkəmə Aydın Əliyevin şikayətini qanunvericiliyin tələblərinə uyğun hazırlamadığını bildirərək hazırlıq iclasını təxirə salıb.

A.Əliyevə şikayətini hazırlaması üçün avqustun 19-na kimi vaxt verib.

Qeyd edək ki, partiyanın keçmiş üzvü Aydın Əliyev Əli Kərimliyə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət etmişdi.

 

Gununsesi.info