Bu gün 113 saylı Qax-Şəki seçki dairəsindən Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təşviqat kompaniyasının gedişində ilk görüşünü şəhid ailəsi üzvləri , qazilər və veteranlarla keçirmişdir.
Gununsesi.info xəbər verir ki, ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş , şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra,Əli Məsimli Vətən Müharibəsində qazanılmış tarixi qələbənin əhəmiyyətindən danışmış , şəhid ailələri üzvlərinə , qazilərə və vetranlara təşəkkürünü bildirmişdir.
Əli Məsimli çıxışında bu günədək olan dövr ərzində parlamentədəki fəaliyyəti haqqında ətraflı məlumat vermiş, seçki qabağı platformasının əsas müddəaları barədə geniş açıqlama vermişdir.
Sonda, görüş iştirakçılarının çoxsaylı suallarına cavab vermiş təklifləri dinləmişdir.
Gununsesi.info