Tanınm iqtisadçı Əli Məsimlinin deputatlığa namizədiyi qeydə alınıb.
Bu barədə Gununsesi.info-ya Əli Məsimli özü məlumat verib.
O qeyd edib ki, iyulun 29-da 113 saylı Qax-Şəki seçki dairəsindən 1 sentyabr 2024-cü il tarixdə VII çağırış Milli Məclisdə keçiriləcək seçkilərdə namizədliyi rəsmi şəkildə qeydə alınıb.
Onun sözlərinə görə növbəti mərhələ kimi, avqustun 9-da start verib seçicilərlə görüşlərə başlayacaq.
Xatırladaq ki, Əli Məsimli bundan əvvəl də Qax-Şəki seçki dairəsindən millət vəkili seçilib.
O, Milli Məclisin ən fəal deputatlarından biri kimi tanınır.
Gununsesi.info