Əli Nağıyev itkin düşmüş şəxslərin axtarışından danışdı

  • By admin
  • 09 Oktyabr 2025 11:05

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev itkin və əsir vətəndaşlarla bağlı fəaliyyətləri haqqında danışıb.

Gununsesi.info xəbər verir ki, Əli Nağıyev bununla bağlı çıxışında  bildirib ki, 2025-ci il ərzində Dövlət Komissiyası beynəlxalq təcrübənin öyrənilməsi və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə də xüsusi diqqət yetirib.

O qeyd edib ki, bu xüsusda 2025-ci ilin mart ayında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru xanım Katrin Bomberqerin rəhbərliyi ilə qurumun nümayəndə heyəti ölkəmizə səfəri nümunə göstərilə bilər: “Təmaslar çərçivəsində Beynəlxalq Komissiya ilə çox faydalı müzakirələr aparılmışdır. Sözügedən müzakirələrin nəticəsi olaraq Beynəlxalq Komissiya tərəfindən hazırlanmış elektron məlumat bazasının təmənnasız qaydada Azərbaycana təqdim edilməsi, itkin düşmüş şəxslər probleminin həllində, xüsusilə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və eyniləşdirmə, o cümlədən aidiyyəti qurumların mütəxəssis heyətinə təlimlərin keçirilməsi, yeni texnologiyalar və metodologiyaların tətbiqi sahəsində ölkəmizə dəstək veriləcəyi və əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Beləliklə, 2025-ci il üzrə “İş planı” təqdim olunub”.

Ə. Nağıyev əlavə edib ki, Bosniya və Hersoqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində səmərəli olacağını nəzərə alaraq, qarşılıqlı əməkdaşlıq haqqında Memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı anlaşma Memorandumunun layihəsi müzakirə edilib və razılaşdırılıb. Bu gün həmin Memorandum imzalayacaq.

 

Qeyd edək ki, Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

 

Firuzə Mahmudova

Gununsesi.info