Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib.
Gununsesi.info xəbər verir ki, onlardan 5,9 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 2 mini aşağı və yuxarı ətraf protezi, 4,9 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Cari ilin 9 ayında əlilliyi olan 11,2 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.














