Elina Hacıyevanın ölümünün səbəbləri məlum olur - AÇIQLAMA

Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.
Gununsesi.org-un məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə mərhum Elina Hacıyevanın nümayəndəsi Emin İsayev vəsatət verərək Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəzlənməsini istəyib.
Hakim vəsatəti təmin etməyib.
Elina Hacıyevanın digər nümayəndəsi Sevinc Əliyeva vəsatət verərək prosesin audio səs yazısının yazılmasını xahiş edib. Bu vəsatətdə təmin edilməyib.
Məktəb direktorunun katibəsi Nigar Məmmədova dindirilib.
 
Şahid bildirib ki, Elina Hacıyeva özünü 3 mərtəbədən atması haqda ona kimya müəllimi məlumat verib: “Müəllimə deyən kimi qaçaraq çölə çıxdım. Saat təxminən 10 qalırdı. Gördüm ki, uşaqlar onu gətirirlər. Tibb bacısının otağına qalxdıq, bağlı olduğu üçün direktorun otağına gətirib uzandırdıq. Həmin vaxt otaqda direktor və müavinləri vardı. Elina həmin vaxtı suallara “yuxuluyam”, “heç nəyi başa düşmürəm”, “dərman içmişəm” kimi cavablar verdi. Məktəbə daha sonra polis gəldi, bir müddət sonra isə Xalidə xanım özünü çatdırdı. Elinanın bədənində hər hansı bir xəsarət yox idi. Sonra direktor təxminən 12 işləmiş təcili yardıma zəng elədi”.
Məhkəmədə Klinik Tibbi Mərkəzin uşaq cərrahı Əkrəm Çovdarov ifadə verib.
Həkim bildirib ki, həmin günü növbədə olub: “Qəbuldan zəng edib bildirdilər ki, bir qız uşağı gətiriblər, vəziyyəti yaxşı deyil. Qəbula gəldik, müayinlər apardıq. Rentgen, ultrasəs müayinələrindən keçirdik. Cərrahiyə bir əməliyyat ehtiyac yox idi. İlkin diaqnozu mən, Vaqif doktor və şöbə müdüri İlqar doktor məsləhətləşərək çıxardıq. Müayinə olunması üçün Reanimasiya şöbəsinə göndərdik”.
Vəkillərin suallarına cavablandıran Ə. Çovdarov qeyd edib ki, ilk olaraq Elina Hacıyeva sistem köçürdük: “USM müayinəsində keçirmişik. Həmin vaxt ağ ciyərində ödəm var idi. Ona görə reanimasiya konservatik müayinə aparılmalıydı”.
Həkim həmçinin bildirib ki, Elina Hacıyevanı reanimasiyada Xalidə Bayramova görüb: “Polislər gəlmişdi, Elinanı dindirmək istəyirdilər. Yetkinlik yaşına çatmadığı üçün valideynini çağırdılar. Atası ordadı, yuxarı qalxanda içkili olduğu üçün ifadə verməsinə icazə verilmədi. Həmin vaxt rəhbərlik məni çağırdı. Orda dedilər ki, Xalidə xanımı yuxarı qaldırım. Mən də Xalidə xanımla reanimasiyaya qalxdım. Orada o Elinanı gördü”.
Vəkillər məhkəmədə bildiriblər ki, məhkəmə tibbi ekpertizasının rəyinə görə, Elina Hacıyevanı ölməsinə səbəb bir mneçə diaqnoz olub: “Orada qeyd olunub ki, Elina kəskin tənəffüs çatışmamazlığı, döş qəfəsinin qapalı tramvası, ağ ciyərinin zədələnməsi, döş fəqərələrin müştərək ağır tramvası, çanaq sümüyün sınığından dünyasını dəyişib”.
Ə. Çovdarov da deyib ki, ilkin yoxlanış zamanı E. Hacıyevada təcili müdaxiləyə ehtiyac olmadığı üçün renasimasiya göndəriblər: “Bundan sonrakı məsələr reanimasiya olan həkim onu müayinə edib”
Proses saat 14-ə qədər fasilə elan edib
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.