Əlinin birini pəncərədən çıxartmağa görə cərimə varmı?

  • By Admin2
  • 13 Avqust 2025 11:00

Son günlər sürücülərin pəncərədən əlini çıxartması ilə bağlı cərimə mövzusu müzakirə olunur.

Bu, daha doğrusu, cəmiyyət arasında çaşqınlıq yaradıb.

Bəs qanun bu barədə nə deyir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rüfət Əmiraslanov Gununsesi.info-ya danışıb.

O, bu barədə deyib:

“Bununla bağlı qanunda heç bir dəyişiklik yoxdur. Sadəcə, məsələ belədir ki, cərimə sürücünü bir əlini yox çıxartdıqda yox, hər iki əlini sükandan çəkərsə, cərimə tədbiq oluna bilər. Əlinin birini pəncərədən çıxartmaq da olar, su içmək də. Buna görə heç bir cəza növü yoxdur”.

Orxan
Gununsesi.info