Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib

  • By ilhame
  • 22 Yanvar 2024 19:15

Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Elm və Təhsil Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

 

Kollegiyanın sədri

 

elm və təhsil naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavinləri

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının rəhbəri

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru

 

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru.

 

Gununsesi.info