Elm və təhsillə bağlı yeniliklər olacaq - Nazir müşaviri

  • By admin
  • 16 Fevral 2023 11:16

“Elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi istiqamətində bir sıra yeniliklər olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, media orqanlarında mütəmadi olaraq elm və təhsillə bağlı müxtəlif xəbərlər dərc olunur: “Bir sıra hallarda bu kimi xəbərlərin dərc olunması yaxşıdır. Çünki təhlillər apara bilirik. Sosial media da son zamanlar aktivləşib. Ona görə baş verəcək böhranların idarə olunması mühüm məsələdir”.

Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə təşkil edib.

Gununsesi.info