2017-cü ildə elm xərclərinin dövlət büdcəsindəki payı cəmi 0.8 faiz təşkil edəcək.
Gununsesi.info büdcə layihəsinə istinadən bildirir ki, gələn il üçün bu bölməüzrə xərclər 125.3 milyon manat təşkil edəcək. Bununla cari illə müqayisədə Elm xərcləri 7.3 faiz ixtisar edilib. Xatırladaq ki, 2016-ci ilin büdcə proqnozlarında bu rəqəm 135.2 milyon manat olub.
Büdcə layihəsinə görə, həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
2017-ci ildə elm xərclərində latın qrafikalı kitabların çap edilməsi üçün 1.4 milyan manat, müasir laboratoriya avadanlıqlarının alınmasıüçün 1.9 milyon manat, maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 1 milyon manat vəsait nəzərdə tutulub.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info