“Hakim Yeni Azərbaycan Partiyasını təmsil edirəm. Partiyanın ideoloji xəttini səmimi qəlbdən müdafiə edirəm. İnanıram ki, ölkəmizdəki inkişafın təməlində partiyanın və partiya rəhbərinin siyasəti dayanır”.
Gununsesi.org Pravda.az-a istinadla xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Özüm səmimi insanam. İnandığım şeyi dilimə gətirirəm. Yəni nəyi deyirəmsə, ona inanıram. Buna görə də, mənim fikirlərim insanlara təsir edir. Baxışlarımdan hiss edirlər ki, inandığım şeyi söyləyirəm. İnanmadığım, boğazdan yuxarı heç nəyi demərəm. Bu da bəzilərinin xoşuna gəlmir, qarayaxma kampaniyasına başlayırlar. Hətta haqqımda deyirlər ki, bu deputat fəaldır, dövləti müdafiə edir, dilini kəsmək lazımdır ki, danışa bilməsin. Onlar bilsinlər ki, belə cəhdlərin mənası yoxdur. Çünki işimiz haqq işidir, yolumuz düzgün yoldur. Bu yolda istənilən çətinliklərlə də üzləşməyə hazırıq. Biz xalqın dəstəyi ilə istənilən məsələni həll edirik. Yetər ki, xalq- iqtidar birliyi olsun, xalq Prezidenti dəstəkləsin. Bu gün də bu realdır. Uğurlarımızın kökündə bu dayanır” – E.Nəsirov əlavə edib.