Elman Rüstəmov: “Daxili bazarı yatırımçılara təhlükəsizlik şərtləri ilə açmağa yönələcəyik”

  • By admin
  • 23 Dekabr 2020 16:54

“Biz daxili bazarımızı vətəndaşlarımıza, kiçik investorlara, o cümlədən xarici investorlara təhlükəsizlik şərtləri ilə açmağa yönələcəyik”.

Gununsesi.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib ki, daxili borclanma üçün kifayət qədər resurs mövcuddur: “Bu dövrdə daxili borclanmaya getməli idik. Biz eyni inkişaf mərhələsində formalaşan qonşulara baxsaq, 10%-lik səviyyəyə yaxınlaşan borc var. 10%-lik borc kapital, borc, pul bazarına göstərdiyi təsir baxımından olduqca əhəmiyyətlidir. Daxili borclanma bazarımızı inkişaf etdirmək, struktur baxımından da olduqca əhəmiyyətlidir”.

Gununsesi.org