
Uzun illər hakimiyyətdə olan birisi kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını söyləmək olar.
Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov parlamentdə komitələrin birgə iclasında 2017-ci il büdcəsinin müzakirəsi zamanı millət vəkili Zahid Orucun qaldırdığı məsələyə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, amma bu o demək deyil ki, vəziyyət çox pisdir: “Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb. Deputat Zahid Orucun tutduğu irad və etdiyi tənqid də yerindədir. Bu gün formalaşmış büdcəyə böyük əmək qoyulub. Maliyyə Nazirliyinin böyük zəhməti var. Zahid Orucla razılaşıram ki, bizim kommunikasiya siyasəti effektli deyil”.
Mərkəzi Bankın rəhbəri onu da əlavə edib ki, Maliyyə Sabitliyi Şurasında ölkənin yeni iqtisadi modeli haqqında sənəd hazırlanır və bunun detalları hələ ki, tam açıqlanmır.
O, deyib ki, bütövlükdə makroiqtisadi sabitlik iqtisadi və sosial sabitliləşdirmə, yeni iqtisadi modelə keçməklə bağlı yeni sənəd üzərində işlənilir. “Susmağımızın səbəbi budur. Bu sənəd razılaşdırılmayana qədər hələ ki, susmağa üstünlük veririk. Bütövlükdə Zahid Oruc və digər deputatların iradlarını qəbul edirik”-deyə, o bildirib.
Mürtəza
Gununsesi.info