Elman Rüstəmov sahibi olduğu “Bank Respublika”nın rəhbərliyinə “əl” gəzdirdi - İdarə Heyətinin sədrini dəyişdirdi...

  • By admin
  • 05 Yanvar 2017 11:45

respublika

2017-ci ilin yanvarın 3-də “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Bankdan Gununsesi.info-ya verilən məlumata görə, Şuranın qərarına əsasən İdarə Heyətinin sədri Xədicə Həsənova tutduğu vəzifədən kənarlaşdırılıb. X. Həsənova fəaliyyətini Müşahidə Şurasında davam etdirəcək.

Müşahidə Şurasının üzvü Asəf Namazov isə İdarə Heyətinə sədr təyin olunub.

Onu da qeyd edək ki, adıçəkilən bankın əsl sahibi  Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.

Elə bu səbəbdən də son 2 ildə özəl bankların üstünü alan “qara buludlar” sözügedən bankdan yan ötüşə bilib.

E. Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail olub.

Eyni zamanda, uzun illərdən bəri bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən X. Həsənova da E. Rüstəmovun ən yaxın və sədaqətli kadrlarından biri olub.

X. Həsənovanın yerinə gətirilən A. Namazov isə 1991-ci ildə Gəncə şəhəri Kənd Təsərrüfatı Akademiyasını bitirib.

2004-2009-cu illərdə Bank Respublikada fəaliyyətinə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində başlayıb.

2009-cu ildən də Bankın Müşahidə Şurasının üzvü olub.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elmar Rüstəmov dollar kreditlərindən danışdı

Gununsesi.info