Elman Rüstəmov devalvasiya sualından yayındı

  • By admin
  • 31 Avqust 2016 12:57

elman

 

 

Bir neçə gündür ki, ölkədə növbəti dollar ajiotajı hökm sürür. Maraqlıdır ki, bankların çoxu dollar satmır. Xarici valyutanı satan banklar isə bunu müəyyən limitlə həyata keçirir.

Gununsesi.info Azadlıq.info-ya istinadən xəbər verir ki, Mərkəzi Bank isə həmişəki kimi susqunluğunu qoruyur. AMB sədri Elman Rüstəmov, nəhayət, bu gün görüntülənib.

O, “Baku-2016” 42-ci Şahmat Olimpiadasının açılışından öncә keçirilən mәtbuat konfransında iştirak edib. Eyni zamanda, şahmat federasiyasının prezidenti olan baş bankir şahmat olimpiadası ilə bağlı fikirlərini də bölüşüb.

Maraqlıdır ki, Elman Rüstəmov rəhbəri olduğu digər qurumla bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, manatın məzənnəsi ilə bağlı sualları dinləyəndən sonra sakitcə zalı tərk edib…

Elman Rüstəmovun manatın taleyi ilə bağlı sualdan imtina etdiyi bir vaxtda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta mübadilə əməliyyatlarında müəyyən olunmuş faiz dəhlizi tələblərinə riayət edilməsi ilə bağlı kommersiya bankları və poçt rabitəsinin milli operatorlarına xəbərdarlıq məktubu göndərib…

Gununsesi.info