Elmar 6-cı yerlə kifayətləndi

  • By admin
  • 13 May 2017 14:58

1494672148-4651

 

Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq.

Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.

Bu gün – ilk yarış gününə çəkisi 56 kq olan kişilər start veriblər. Bu çəkidə Azərbaycanı Elmar Alıyev təmsil edib.

Atletimiz birdən qaldırma hərəkətini 103 kq-ı ram etməklə başa vurub.

Alıyev zədəsi üzündən təkanla qaldırma hərəkətində yalnız 130 kq-ı qaldırmaqla kifayətlənib.

Toplam 233 kq (103+130) nəticə göstərən Elmar bu çəki dərəcəsində 6-cı yeri tutub.

 

Gununsesi.info