

Elmar Məmmədyarov MDB Xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək.
Bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən məlumat verilib.
Mənbənin sözlərinə görə, Azərbaycan Xarici işlər naziri Elmar Məmədyarovun MDB Xarici işlər nazirləri Şurasının sentyabrın 16-da Bişkekdə keçiriləcək növbəti iclasında iştirakı gzlənilir.
MDB XİN Şurasının iiclasında 14 layihənin müzakirəsi gözlənilir. İclasda əsasən MDB-nin yaradılmasının 25-ci ildönümü və Nürnberq Tribunalının işinin başa çatmasının 70 illiyi ilə bağlı məsələ, həmçinin dövlət başçılarının Zirvə toplantısına çıxarılacaq məsələlər müzakirə olunacaq.
İclasda MDB-nin nizamnamə və sahə orqanlarının effektivliyinin artırılması kontekstində Birliyin müasir reallıqlara adaptasiyası, humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsi çərçivəsində MDB-də 2017-ci ilin Ailə ili, 2018-ci ilin isə Mədəniyyət ili elan olunacağı güman edilir. Eyni zamanda, 2017-ci ildə Azərbaycanda “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramın həyata keçirilməsi və bu proqramın Əsasnaməsində müvafiq dəyişikliklər edilməsi haqqında debatların olacağı da gözlənilir.
İclasda, həmçinin MDB-yə üzv ölkələrin 2017-2019-cu illər üzrə terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə və 2016-2019-cu illər üzrə informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətkarlığa qarşı mübarizə üzrə əməkdaşlıq proqramının qəbul ediləcəyi planlaşdırılır.
Mürtəza
Gununsesi.info