Elmar Məmmədyarov Federika Mogerini ilə görüşəcək

  • By admin
  • 31 Yanvar 2018 15:54
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Gununsesi.info xəbər verir ki, diplomatik mənbələrdən apa-ya məlum olub ki, səfər fevralın 9-na nəzərdə tutulur.
Səfərin məqsədi Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir.
E.Məmmədyarovun Avropa İttifaqında bir sıra görüşləri də planlaşdırılır.
Görüşlərdə Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığı nəzərdə tutan saziş üzrə müzakirələr aparılacaq.
Gununsesi.info