Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı

  • By arzu
  • 25 May 2020 13:05

Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib.

Tərəflər habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Gununsesi.org