Elmar Məmmədyarov gəlininin hansı millətdən olduğunu açıqladı

  • By admin
  • 12 Avqust 2021 08:19

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov oğluna erməni əsilli qadın alması barədə iddialara münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, sabiq nazir bu barədə “demokrat.az”ın sualını cavablandırarkən bu iddianı təkzib edib:

HTML tutorial

“Xeyr, bu əsla ola bilməz. Nə mənim ailəmin, nə də gəlinimin nə ana tərəfdən, nə də ata tərəfdən erməni ilə qan qohumluğu yoxdur, olmayıb da. Bunlar hamısı boş-boş söhbətlərdir. İndi ad qaralamaq istəyən adamlar çoxdur, niyə etmək istəyirlər bilmirəm, özləri bilərlər. Necə deyərlər, babalı onların boynuna. Ona görə də, bu məsələni heç şərh etmək belə istəmirəm.
Övladımının həyat yoldaşının bir tərəfi italyan, bir tərəfi isə irlandiyalıdır. Qudalarım isə rəhmətə gediblər. Gəlinim çox yaxşı insandır, peşəkar həkimdir. Gəlinim oğlumla Amerikada  universitetdə bir yerdə oxuyublar, elə orada tanış olub, evləniblər”.

Gununsesi.info