Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Mixeil Canalidze ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, regionda həyata keçirilən enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər məsələlər müzakirə olunub.
E.Məmmədyarov yenidən Tbilisidə olmaqdan məmnun qaldığını bildirib. O deyib ki, qonşu və dost ölkələr olan Azərbaycanla Gürcüstan arasında əlaqələr inkişaf edir: “Qarşılıqlı səfərlər, müzakirə olunan məsələlər bizim dostluğumuzun daha da möhkəmlənməsinə xidmət edir”.
Gununsesi.info