Elmar Məmmədyarov Küveyt Dövlətindən həmkarı ilə görüşüb

  • By admin
  • 26 Sentyabr 2019 19:35

BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.

Gununsesi.org xəbər verir ki, bu barədə  XİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi apardılar. Xüsusilə turizm sahəsində son zamanlar artmaqda olan əməkdaşlığın Azərbaycan və Küveyt arasında münasibətlərin daha da inkişafına töhfə verdiyi qeyd olunub.

Tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri və digər qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

 

 

Gununsesi.org