Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.
XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə səfir Viktor Szederkeni etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Viktor Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.
Elmar Məmmədyarov səfir Viktor Szederkeni diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Gununsesi.info